29 may 2025 09:36
162

İranda güclü zəlzələ baş verib

İranın cənubunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri İranın Safedkuh şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.

Xəsarət alan və dağıntılar haqqında məlumat verilməyib.