Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında Laçından paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: "Laçın – gözəlliyi ilə heyran edən, vaxtilə 30 illik işğal və vandalizmdən yaralanmış, indi isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilmiş şəhər – bu gün - Azərbaycanın Müstəqillik Günündə - qürurla üç qardaş ölkənin: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!"