BANM-in rektoru Elmar Qasımov Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Milli Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Suverenlik” konfransında iştirak edib.
“İki sahil” xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Elmar Qasımov kibertəhlükəsizlik sahəsində milli maraqların qorunması, texnoloji müstəqilliyin gücləndirilməsi və bu istiqamətdə elmi-tədris müəssisələrinin rolu ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, konfransın əsas məqsədi ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən dövlət qurumları, özəl sektor nümayəndələri və ekspertlərlə birgə kiber suverenlik mövzusunda dərin müzakirələrin aparılmasıdır.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO