25 may 2025 16:51
110

Türkiyəli tarixçi: Qərbi Azərbaycan mövzusunda müzakirələr davam etdirilməlidir

“Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin təminatıdır” mövzusunda beynəlxalq konfrans kimi tədbirlərin sayı artırılmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “Hürriyet” qəzetində dərc olunan tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylının məqaləsində qeyd olunur.

“İki qardaş dövlət” başlıqlı yazının müəllifi vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı müzakirələrdə yalnız dövlət qurumlarının nümayəndələri deyil, alimlər və analitik mərkəzlərin əməkdaşları da iştirak etməlidirlər.

“Bu silsilə tədbirlər görüşlər və seminarlar şəklində də keçirilməlidir”, – deyə İ. Ortaylı yazıb. O, Türkiyənin indiki Ermənistan ərazisindən məcburi çıxarılmış insanların əzəli torpaqlarına qayıtmasının zəruriliyi məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib. “Bu, insan hüquqlarının əsas prinsiplərindən biridir”, – deyə alim vurğulayıb.

İ. Ortaylı Zəngəzur məsələsinin də öz həllini tapmalı olduğunu qeyd edib.