24 may 2025 15:43
92

EBRD Azərbaycandakı layihələrin cari portfelini yeniləyib

Aprelin 30-na olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 1,004 milyard avro təşkil edib.

“İki sahil” EBRD-yə istinadən xəbər verir ki, portfelin 38 %-i özəl sektorun payına düşür.

Fevralın 28-nə olan göstərici ilə müqayisədə portfelin həcmi 7,55 % və ya 82 milyon avro azalıb.

EBRD-nin məlumatına görə, cari portfelin əsas hissəsi – 90 %-i (903 milyon avro) dayanıqlı infrastrukturun inkişafına yönəlib, 5 %-i (50 milyon avro) korporativ sektora, digər 5 %-i (51 milyon avro) isə maliyyə institutlarına yönəlib.

Ümumilikdə EBRD 197 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,778 milyard avrodan çox sərmayə qoyub. Bankın məcmu ödənişləri 3,089 milyard avro, məcmu ödənişlərin və verilmiş zəmanətlərin ümumi həcmi isə 3,41 milyard avro təşkil edib.

2024-cü ildə EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,56 % (43 milyon avro) artım deməkdir.