Bakı Şəhər Statistika İdarəsi yanvar-fevral aylarının nəticələrini açıqlayıb
Sənayenin inkişafı haqqında
2025-ci ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma, 23,9 faizi emal, 3,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 78,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2025-ci il vəziyyətinə 484,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 44,0 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2025-ci ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,7 faizini inşaat, yenidənqurma və bərpa, 6,1 faizini əsaslı təmir, 3,7 faizini cari təmir, 3,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 92,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 10860,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz artaraq 6005,9 milyon manata, qeyri-ərzaq malları isə 7,7 faiz artaraq 4854,5 milyon manat olmuşdur. İstehlak məhsullarının 39,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2025-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq 545,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2025-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 faiz artaraq 3003,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2458,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil etmişdir.
Əməkhaqqı
2025-ci ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1357,3 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi