Rusiyalı oftalmoloq Dmitri Dementyev “Rossiya 1” telekanalında yayımlanan "Ən vacibi haqqında” proqramının yeni buraxılışında "yorğun" görünüşün nədən xəbər verməsindən danışıb. Bu yalnız yaşa bağlı dəyişiklik deyil, patoloji vəziyyətdirsə, nə etməli?
Ptoz və ya göz qapağının sallanması müxtəlif səbəblərdən yarana bilən bir vəziyyətdir. Yaşla, bağlı göz qapağını qaldıran və aşağı salan əzələ tonunu itirir və cavanlıqdakı kimi effektiv işləmir. Bununla belə, ptoz anadangəlmə bir xüsusiyyət və ya sinir, əzələ zədələnməsi, uzanma və iflicin nəticəsi ola bilər.
Bu vəziyyət görmə qabiliyyətini pisləşdirə və baş ağrılarına səbəb ola bilər. Bəs ptoz olub-olmadığını necə bilmək olar?
Əsas simptomlar:
Üst göz qapağının 2 millimetrdən çox aşağı sallanması;
Quru gözlər;
Lakrimasiya;
Göz qapaqlarının asimmetriyası;
Başın əyilməsi;
Görmə kəskinliyinin azalması;
Göz yorğunluğu;
İkili görmə.
Tibb eksperti Oksana Şatrova bildirib ki, günümüzdə ptozu müalicə etməyin bir neçə üsulu var: inyeksiya, aparat prosedurları və əməliyyatlar. Ən məşhur üsul botulinum toksininin istifadəsi, yəni botoksdur. Onun köməyi ilə həkim göz qapağını qaldırır. Ancaq fərdi xüsusiyyətlərdən asılı olaraq təkrar prosedur tələb oluna bilər.
Nubar Süleymanova, “İki sahil”