Bakı Ali Neft Məktəbinin (BANM) “Stranger Pings” komandası “PASHA Hackathon 5.0” texnologiya yarışmasında uğurla çıxış edərək III yerə layiq görülüb və 2000 AZN mükafat qazanıb. Bu yarışma Azərbaycanın ən böyük 48 saatlıq texnoloji tədbirlərindən biri hesab olunur.
“İki sahil” xəbər verir ki, komanda İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri – Radmila Musayeva, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət olub. Yarış zamanı onlar Casco sığorta prosesini sürətləndirməyi hədəfləyən innovativ bir tətbiq hazırlayıblar.
Komandanın mentoru BANM-in İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihad Əlilidir.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO