20 may 2025 22:22
98

Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 17-də baş verib.