Bakı Ali Neft Məktəbinə doktoranturaya elektron sənəd qəbulu prosesi 13 may – 2 iyun 2025-ci il tarixlərində olacaqdır.
“İki sahil” xəbər verir ki, 2025-ci il üzrə doktorantura səviyyəsinə qəbul ixtisasları aşağıdakılardır:
Neft və qaz yataqlarıının işlənməsi və istismarı
Kimya texnologiyası və mühəndisliyi
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)
Təhsil alma forması:
Əyani: Təhsil müddəti 3 il
Qiyabi: Təhsil müddəti 4 il
Tələb olunan sənədlərin siyahısı:
ərizə (BANM-ın rektorunun adına);
kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);
tərcümeyi-hal (mütləq imzalanmalıdır);
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə (möhürlü);
iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat;
ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
şəxsiyyəti təsdiq edən sənədin surəti.
Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-33-63 (Elmi katib) nömrəsinə zəng etməklə ala bilərlər.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf