20 may 2025 11:41
82

Avropada təbii qazın qiyməti 410 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, 20 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 410,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (409,6 dollar) ilə müqayisədə 0,3% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.