18 may 2025 22:27
96

Azərbaycan Premyer Liqasının qalibi mükafatlandırılıb

Futbol üzrə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb.

“İki sahil” xəbər verir ki, tədbir XXXV turda "Kəpəz" ilə oyundan (3:0) sonra "Azərsun Arena"da gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və "Qarabağ"ın prezidenti Tahir Gözəl təqdim edib.

Qeyd edək ki, "Qarabağ" cari mövsümün başa çatmasına 1 tur qalmış 86 xalla turnir cədvəlinə başçılıq edir.