18 may 2025 16:45
139

Hikmət Hacıyev: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır. Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.