18 may 2025 16:39
97

Hikmət Hacıyev: Azərbaycan – İran münasibətləri yeni bir inkişaf mərhələsinə addım atıb

“Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub”, – o söyləyib.

“İki sahil” xəbər verir ki, ​bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

Prezidenti köməkçisi münasibətlərin inkişafının əsas amillərini də açıqlayıb: “İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.