18 may 2025 12:49
90

Beyləqanda maşın rayonun giriş qapısına çırpıldı

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.