14 may 2025 11:33
93

"Azəriqaz" rəhbərliyinin Qəbələdə vətəndaş qəbulu baş tutacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq.

“İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Qəbələdə vətəndaş qəbulu mayın 16-da saat 11:00-da Həzi Aslanov küçəsində yerləşən Mədəniyyət Mərkəzində keçiriləcək.

Görüş zamanı Qəbələ və Oğuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 050-845-97-89; 050-845-70-88) müraciət edə bilərlər.