13 may 2025 11:25
116

Türkiyə MN: Azərbaycan Ordusu ilə əlaqələri genişləndirmək üçün əlimizdən gələni edəcəyik

Qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əlimizdən gələni edəcəyik.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüş zamanı Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər deyib.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu qeyd olunub.