11 may 2025 12:13
151

İran xarici işlər naziri Omana səfər edib

İran xarici işlər naziri Seyid Abbas Araqçi nüvə proqramı ilə əlaqədar İran-ABŞ dolayı müzakirələrinin növbəti raundunda iştirak etmək məqsədilə Oman paytaxtı Məsqətə səfər edib.

“İki sahil” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 3 raundda olduğu kimi müzakirəlrəin 4-cü raundu da Oman Krallığı xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə baş tutacaq.

Bəqai bildirib ki, 4-cü raund müzakirələr Məsqətdə yerli vaxtla saat 12:00-da başlanacaq. Müzakirələr zamanı lazımi məsləhətləşmələr üçün İranın mütəxəssis və ekspertlərdən ibarət texniki heyəti də Məsqətdədir.

“İranın nümayəndə heyəti ölkə tərəfindən elan olunan çərçivələrdə İranın nüvə enerjisindən dinc istifadə sahəsində əldə etdiyi qiymətli nailiyyətləri qorumaq, ölkə iqtisadiyyatı əleyhinə tətbiq olunan sanksiyaları və məhdudiyyətləri ləğv etmək üçün bütün səyini göstərəcək”, - deyə o qeyd edib.