11 may 2025 11:51
151

Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp qeyri-leqal miqrantların özünü deportasiya proqramına başlamaq üçün sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth Social”-da paylaşımında bildirib.

“ABŞ-da qeyri-qanuni qalan əcnəbilər qəfil deportasiya ilə üzləşirlər. Ödənişsiz uçuşunuzu indidən sifariş edin”, - deyə Tramp vurğulayıb.