11 may 2025 09:23
143

Tramp Hindistan və Pakistana kömək edəcəyini bildirib

Rəsmi Vaşinqton Hindistan və Pakistan arasındakı ərazi mübahisəsinin həllini tapmağa çalışmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Sosial” şəbəkəsində bildirib.

"Müzakirə edilməsə də, mən bu böyük ölkələrin hər ikisi ilə ticarət həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyəm. Bundan əlavə, min ildən sonra Kəşmirdə bir həll tapmağın mümkün olub olmadığını anlamaq üçün hər iki ölkə ilə işləyəcəyəm", - o qeyd edib.