07 may 2025 14:49
143

İtaliyanın tanınmış professoru Franco Cozzani BANM-da

Dünyanın nüfuzlu alimlərindən olan, İtaliyanın tanınmış professoru və Avropa Komissiyasının enerji, nəzəri fizika və atom enerjisi sahəsində 30 ildən artıq təcrübəyə malik olan Prof. Franco Cozzani SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində BANM-ın rektoru Elmar Qasımovla görüşüb. Bərpa olunan enerji, innovasiya və enerji texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Sonra "Renewable energies: panacea, illusion or useful contribution to our needs" mövzusunda təqdimatı baş tutub. O, bərpa olunan enerjilərin dünya miqyasında artan əhəmiyyətini və bu sahədəki texnoloji inkişafa dair fikirlərini bölüşüb.