İslamabad Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına (SES) hücumda ittiham edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Samaa” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində stansiya zədələnib.
"Hindistan "Neelum Jhelum" hidroenerji layihəsinə zərbə endirərək onu zədələyib", - Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri telekanala bildirib.