Hindistanın Pakistanın Pəncab əyalətindəki şəhərlərə və Kəşmirə endirdiyi raket zərbələrinə cavab olaraq, Pakistan ordusu Hindistan hava qüvvələrinə aid beş qırıcını, bir dronu və bir briqada qərargahını məhv edib.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmisi general-leytenant Əhməd Şərif Çaudri açıqlama verib.
Onun sözlərinə görə, əməliyyatdan bütün Pakistan qırıcıları və pilot heyəti salamat qayıdıb.
Qeyd edilir ki, məhv edilmiş Hindistan qırıcıları arasında 3 Fransa istehsalı olan Rafal, bir Su-30 İ və bir MİQ-29 hərbi reaktiv təyyarəsi olub.