04 may 2025 10:47
107

Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi

Bakı Ali Neft Məktəbinin "BANM 6" komandası Teknofest Aerokosmik və Texnologiya Festivalında uğur qazanıb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən "Texnofest 2025"də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.

Belə ki,  yarışmanın final mərhələsində BANM-nin "Qızılqaya“ komandası "Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb.

Universitetin "Xudafərin" komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.

BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.