Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xankəndi şəhərində 1 300 abonent təbii qazla təmin edilib, 15 sənaye obyektinə təbii qaz verilib.
“İki sahil” Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir. Şəhərin təbii qaza olan tələbatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır.
İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Böyük qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb