03 may 2025 11:57
153

İnsan alverinə qarşı mübarizə müzakirə oluundu

İnsan alverinə qarşı mübarizə üzrə MFP 21 ili və İnsan alveri ilə mübarizə haqqında Qanunun 20 illiyi münasibəti ilə görüş baş tutub.

“İki sahil” xəbər verir ki, insan alverinə qarşı mübarizə üzrə QHT Koalsiyasının təşəbbüsü ilə bu gün DİN-in İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru cənab Həzi Aslanov, rəis müavini polis polkovniki Samir Zeynalov və QHT-lə iş üzrə şöbərinin rəhbəri cənab Araz Babayevlə Koalsiyanın idarə heyəti, NTK üzvləri görüşmüşdür. Görüşdə, 20 il ərzində görülümüş işlər, QHT-lə dayanıqlı əməkdaşlıq, mövcud problemlə bağlı mübarizidə istiqamətlər, yeni strategiyalarla bağlı səmimi mühitdə müzakirələr aparılmışdır. 

Görüşün keçirilməsinə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, Azərbayсan Respublikası daxili işlər nazirinin birinci müavini polis general-leytenantı cənab Seyfulla Əzimov tərəfindən dəstək göstərilmişdir.