01 may 2025 15:49
132

BANM-da keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM)  tələbə və əməkdaşlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb və qaliblər müəyyənləşib.

“İki sahil” xəbər verir ki, tədbirdə BANM rektoru Elmar Qasımov, eləcə də tanınmış Azərbaycan şahmatçıları – qadınlar arasında beynəlxalq qrosmeysterlər Zeynəb Məmmədyarova və Gülnar Məmmədova iştirak ediblər.

Ümumilikdə 66 iştirakçının mübarizə apardığı turnirdə ilk üç yerin sahibləri aşağıdakı kimi müəyyənləşib:

Eltac Əsədli: Proseslərin avtomatlaşdırılması mühəndisliyi, l kurs (500 AZN)

Nihad Aslanlı: Biznesin idarə edilməsi, lV kurs (300 AZN)

Xasay Dadaşzadə: Biznesin idarə edilməsi, l kurs (200 AZN)

Qalibləri təbrik edirik!