SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Meta Yeast” komandası “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.
Ali məktəbdən "İki sahil"ə bildirilib ki, komanda “Davamlı inkişaf üçün sosial innovasiyalar” kateqoriyası üzrə I yeri tutub.
Müsabiqənin qalibləri kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Murad İmamverdizadə, Günəş Lətifova, Ləman Mehdiyeva, Ruslan Rüstəmzadə və Nərmin Nəbiyevadır.
Komandanın mentoru isə Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyevadır.
Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə 30 ali təhsil müəssisəsindən 80 komanda iştirak edib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO