29 aprel 2025 01:56
99

Haylar niyə yanıb-yaxılırlar?

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallasın Bakı səfəri neçə gündür ki, erməni revanşistlərini və Avropa Parlamentinin bəzi üzvlərni əsəbiləşdirib. ABŞ Prezidenti Donald Trampın aprelin 24-də baş verən hadisəni “soyqırım” adlandırmamasının ardınca xanım Kallasın bu səfəri  haylara və onların havadarlarına necə yandırıbsa, türk düşmənlərinin nəzarətindəki media Kallas gedəndən sonra da Azərbaycan tərəfə, Aİ rəsmisinin ünvanına hədələr yağdırmaqdan belə çəkinmir. Qəribədir, dəriləri beş qəpiyə dəyməyən, lakin ərköyünlük edən haylar elə iddialar irəli sürürlər ki, guya Kallas Bakıya onların icazəsi olmadan nahaq gəlib. Gülünc hərəkətlərinə haqq qazandırmaq üçün bildirirlər ki, Kaya Kalllas Bakıya gəlməklə Avropa İttifaqını “rüsvayi-cahan” edib.  Təəccüblüdür, cırtdan dövlət nə haqla burnunu ona aid olmayan məsələlərə soxur? 

Məlumdur ki, revanşistlərin məkrli məqsədləri var. Onların düşüncəsinə görə,  Aİ rəsmisi  təşkilatın üzvü olmayan bir ölkəni, dünənin işğalçı dövlətini, bu gün öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmaq istəməyən Ermənistanın sarsaq maraqlarını müdafiə etməlidir. Bundan da əlavə,  Bakıda Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarını müdafiə etməli imiş. Sən demə, xanım Kallas “demokratik Ermənistanın düşməni olan Azərbaycana” ayaq basmaqda ciddi səhvə yol verib. Üç yüz ildir ki, araba kölgəsində baş girləyən bu parazit toplum görəsən nə vaxtadək bütün bəşəriyyəti özünə borclu sayacaq?

Maraqlıdır ki, rəsmi İrəvanın özü, baş nazir Nikol Paşinyan nə Kallasın Bakı səfərinə, nə də Trampın “genosid” sözündən imtinasına etirazını bildirməyib. Əksinə, təqdiredicidir ki, Paşinyan hökuməti İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının vandallar tərəfindən yandırılmasını qınayıb. Belə görünür ki, erməni hansı məqamda olsa da ermənidir: Kinli, xain, oğru, rəzil, terrorçu.

Bakıda Kaya Kallasla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov  aprelin 24-də İrəvanda Azərbaycan və Türkiyə bayraqları ilə bağlı eyni vandallığın Fransada da baş verdiyini yada salaraq, bu olayları cinayət əməli adlandırıb, çünki hər iki ölkənin qanunvericiliyi bunu qadağan edir. Ceyhun Bayramov, eyni zamanda, sülhə əsas əngəlin Ermənistan konstitusiyası olduğuna diqqət çəkib. Erməni radikal-nasist sürüsü isə bütün bunları Kallasa irad tutaraq, “nə üçün elə oradaca Bayramovun cavabını vermədi” deyə şivən qoparırlar.

Hayların həyasızlığının sərhədi yoxdur. Onlar regiondan çıxaraq beynəlxalq əxlaqsızlığa keçiblər. Artıq Avropadakı təşkilatlar da hay həyasızlığı ilə üzləşir. Bir faktı da qeyd edək ki, rəsmi Ermənistan illərdir Qərbdən gözlədiyi dəstəyi ala bilmir. Ona görə də əsəbiləşir, Rusiyadan uzaqlaşmaqda ciddi səhvə yol verdiyini anlayır. Çünki dilemma qarşısında qalıb, necə deyərlər, “yuxarı baxır, bığ, aşağı baxır, saqqal.” Belə bir durumda  Aİ nümayəndəsinin Ermənistana isti münasibət göstərməməsi, əksinə, Azərbaycana xoş münasibət sərgiləməsi hay toplumunda az qala faciə kimi qarşılanıb. Ümumiyyətlə, Hayastanı “təsis” edən dövlətlərin ideoloqları hələ  o zaman tapşırıblar ki, ermənilər Türkiyə və Azərbaycana məxsus nə varsa hamısını mübahisələndirsinlər. Belə etməsələr xristian ölkələri onları müdafiə etməyəcəklər və Ermənistan bir dövlət kimi “buxarlanıb” yox olacaqdır. Ona görə də vəzifələrinə sədaqətlə əməl etməlidirlər ki, səlibçilərin beyni paslı nəvələri Türkiyəyə və Azərbaycana qarşı təsir rıçaqlarına malik ola bilsinlər və daim ondan istifadə etsinlər. Yəni, haylar ara qarışdırmasalar heç kəsə lazım olmayacaqlar və dediyimiz kimi, qondarma dövlətçiliklərini itirib yenə də sərgərdan topluma, ya da hansısa bir dövlətin əyalətinə çevriləcəklər.

Vəli İlyasov, “İki sahil”