27 aprel 2025 00:22
133

Türkiyənin müdafiə naziri: Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb

Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, ölkənin milli müdafiə sənayesi ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizəyə ciddi dəstək verib:

“Şəxsi heyətin qəhrəmanlığı və müdafiə sənayesinin imkanları nəticəsində terror təşkilatlarına güclü zərbə vurulub”.