SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Agroficient” komandası 25 min avro məbləğində investisiya əldə edib.
BANM-dən “İki sahil”ə bildirilib ki, komanda “Startupbootcamp”ın kənd təsərrüfatı akselerasiyasının final mərhələsinə keçib. Onlar neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Huseynli və Malik Sultanovdur. Komandanın elmi rəhbəri isə İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir. 1500-dən çox startapın qatıldığı akselerasiyada 30 startap seçilib və komanda da onlardan biridir.