Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
“Bu addım sadəcə simvolik deyil, həm də Suriya xalqının xatirəsinə ehtiram, eləcə də qələbəsinin rəmzi idi”, - o, “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, suriyalılar bu addımı 14 ildir gözləyirdilər.
Üç qırmızı ulduzu olan yaşıl-ağ-qara bayraq Əhməd Əl Şaraa hakimiyyətə gəldikdən sonra ölkənin yeni hökuməti tərəfindən rəsmi olaraq qəbul edilib.