Aprelin 25-də Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel Şirkətlərin 2024-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, AİH-in idarəetməsinə verilmiş yeni portfel şirkətlər (“Azəralüminium” MMC, “Azərbaycan Alüminiumu” ASC və “Azərpambıq ASK” MMC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, Birgə İnvestisiya Fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş hesabatı dinlənilib.
İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.