25 aprel 2025 11:36
90

Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə aprelin 25-i hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

“İki sahil” xəbər verir ki, sonra sahibkarlar Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüb, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.