Monrealdan seçilmək üçün başa düşürəm ki, etnik səslərə, xüsusilə erməni icmasının dəstəyinə ehtiyac var.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X" sosial şəbəkəsində Kanada xarici işlər naziri Melani Jolini qərəzli mövqeyinə münasibət bildirərək yazıb.
O bildirib ki, bu Azərbaycanın əvvəllər işğal olunmuş Qarabağ bölgəsinə dair erməni irredentizmini təbliğ etməyi tələb edir: "Lakin artıq Kanada üçün müstəqilliyini və birliyini müdafiə edə bilən bir liderliyə ehtiyac var".
Qeyd edək ki, M.Joli qondarma erməni soyqırımı ilə bağlı danışarkən Qarabağdan könüllü olaraq köç etmiş erməniəsilli şəxslər barədə təhrif olunan məlumatlar verib, Azərbaycana qarşı haqsız iddialarla çıxış edib.