Böyük Britaniya hökuməti Ukraynaya sülhməramlılar kimi qoşun göndərmək planlarından imtina edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
On minlərlə avropalı sülhməramlıların Ukraynaya göndərilməsi planlarını qeyri-mümkün hesab edən mənbə "risklər çox yüksəkdir və qüvvələr belə bir vəzifə üçün kifayət deyil. Böyük Britaniya həmişə bundan çıxış edib. Məhz Fransa daha çox güc nümayiş etdirməyi müdafiə edib" deyə bildirib.
Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, atəşkəsdən sonra Ukraynada xarici kontingentlərin yerləşdirilməsi planlarından imtina sülh danışıqlarının tezliklə başa çatmasına şərait yaradan Moskvaya güzəşt kimi qiymətləndirilir. “The Times” yazır ki, Kiyevin avropalı müttəfiqləri Ukraynaya hərbi yardım göstərməyə və ölkənin yenidən qurulmasına, eləcə də hava və dəniz missiyalarının yerinə yetirilməsinə diqqət yetirəcəklər.