25 aprel 2025 09:22
111

Taylandda kiçik təyyarə qəzasında beş nəfər ölüb

Tailandda Banqkokdan 160 km cənubda Ça-am kurort şəhəri (Phetçaburi əyaləti) yaxınlığında kiçik təyyarənin suya düşməsi nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

İki sahil” xəbər verir ki, bu barədə Tailandın PBS telekanalı məlumat yayıb.

Hadisə yerli vaxtla saat 08:00-da baş verib.

Bildirilir ki, DHC6 - 400 Twin Otter Tayland Kral Polisinə məxsusdur və paraşütlə tullanma təlimləri üçün istifadə edilib.

Tailandın aviasiya rəsmiləri və polisi təyyarə qəzasının səbəblərini araşdırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”