Azərbaycanın turizm imkanları 23-25 aprel tarixlərində Almatı şəhərində Mərkəzi Asiya üzrə mühüm turizm tədbirlərindən olan Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə ölkəni Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və "Şahdağ" Turizm Mərkəzi təmsil edir.
Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları tanıdılır, həmçinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.
Sərgi zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstan Respublikasının Mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin milli stendi Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ziyarət edib.
Qeyd edək ki, 2025-ci ilin ilk rübündə Qazaxıstandan Azərbaycana səfər edən ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım müşahidə edilib.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb