SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edərkən Boğaziçi Universitetinin rektoru Prof. Dr. Naci İnci ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı Liderlik Akademiyasının əldə etdiyi uğurlar bir daha yüksək qiymətləndirilib, universitetlər arasında qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Daha sonra BANM nümayəndə heyəti Boğaziçi Universitetinin Karyera Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və iş prinsipləri ilə tanış olub.
Səfər çərçivəsində müvafiq təcrübənin praktik şəkildə öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəlinib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO