Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə ortamüddətli büdcə çərçivəsi, büdcə siyasətinin əsas istiqamət və məqsədləri, habelə ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün muxtar respublika büdcəsinin proqnoz göstəriciləri, büdcənin gəlir və xərcləri, büdcə dayanıqlığı ilə bağlı müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, müşavirə gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə üzrə müəyyən edilən prioritet xərc istiqamətləri çərçivəsində müvafiq hədəf göstəricilərinə dair Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun çıxışı dinlənilmiş, göstəricilərin təhlili və müzakirəsi aparılmışdır.
Müşavirənin yekununda Baş nazir Ceyhun Cəlilov ötən 2 il ərzində fiskal tənzimləmə çərçivəsində muxtar respublikada aparılan islahatlar barədə ümumi fikirlərini bildirmiş, muxtar respublikada 2022-ci ildə yığılmış 133 milyon manat vergi məbləğinin 2024-cü ildə 227 milyon manata çatdırılmasını, dövlət əmlakının idarəolunmasından büdcəyə daxilolmaların dinamik artımını, habelə cari nəzarət alətlərinin tətbiqi ilə maliyyə intizamının gücləndirilməsini aidiyyəti qurumların uğurlu işinin nəticəsi olduğunu bildirmişdir. Müşavirə iştirakçılarının rəyləri nəzərə alınmaqla aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq təlimatlar verilmişdir.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb