Pekində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Çin–Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilir.
“İki sahil” xəbər verir ki, “İnkişaf körpüsü: sənaye və investisiya əməkdaşlığının genişlənməsi” mövzusunda təşkil olunan tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunan platformadır.
Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla təxminən 250 nəfərin iştirakı etdiyi konfrans dialoq, etimad quruculuğu və uzunmüddətli əməkdaşlıq üçün katalizator rolunu oynayır. Tədbirin məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzunmüddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır. Hədəf auditoriya beynəlxalq əməkdaşlıq imkanlarını araşdıran Çin şirkətləri və investisiya qurumları, Çin dövlət qurumları, ticarət və sənaye palataları və assosiasiyalardır.
Tədbirdə Azərbaycanın müxtəlif qurumlarının fəaliyyətinə dair təqdimatlar, habelə, ağır sənaye, mədənçıxarma, kənd təsərrüfatı, yüngül sənaye, yaşıl enerji və digər sektorları əhatə edən ümumilikdə 15-dən çox investisiya layihəsinin təqdimatı nəzərdə tutulub.
Konfransda Azərbaycanda investisiya yatıran və ya yatırmağı planlaşdıran Çin şirkətlərinin nümayəndələri Azərbaycanla bağlı layihə və planlarından danışacaqlar.
Tədbir çərçivəsində iki ölkənin qurumları arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair sənədlər imzalanacaq.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb