Şamaxıda güclü küləklə müşayiət olunan intensiv yağış və leysan rayon ərazisində bir sıra fəsadlar törədib. Təbii hadisə zamanı ağaclar aşıb, bəzi çaylara sel gəlib, dağ kəndlərində qar yağıb. Güclü külək səbəbindən rayonun bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.
“İki sahil” xəbər verir ki, bununla əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlərə başlanılıb. Müvafiq dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib və ərazilərdə fəsadların aradan qaldırılması üçün səfərbər olunub. Aşmış ağacların götürülməsi, sel ötürücü qurğuların nəzarətdə saxlanılması və elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir.
Artıq rayonun əksər hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda küləyin sürəti zəifləsə də, bəzi yüksək dağlıq ərazilərdə yağıntıların davam etdiyi bildirilir.
Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlər müəyyənləşib
Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub
Reabilitasiya mərkəzlərində autizm sindromlu əlilliyi olan şəxslər də xidmətlərlə təmin edilir