SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, imzalanma mərasimində çıxış edən BANM rektoru Elmar Qasımov 4SİM ilə daha sıx əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsini hədəflədiklərini vurğulayıb.
4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirdiyi və nəzərdə tutulan fəaliyyətləri barədə, o cümlədən universitetlərlə birgə elm və sənaye 4.0 klasterinin formalaşdırılması sahəsində əməkdaşlıq haqqında məlumat verib.
Beynəlxalq ekspert İlbey Karakurt “Süni intellekt və robototexnika” mövzusunda təqdimatla tələbələr qarşısında çıxış edib.
Tədbirin sonunda ekspertlər İlbey Karakurt, Elbəy Rüstəmzadə və Əsgər Məmmədlinin iştirakı ilə “4-cü sənaye inqilabı texnologiyaları” adlı panel müzakirəsi baş tutub.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO