ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub.
“İki sahil” “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib.
Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.
"Boeing" qəzada həlak olan şəxsin ailəsinə 28 milyon dollardan çox təzminat ödəyəcək