22 mart 2025 13:13
373

Aİ ABŞ-a tarifləri təxirə salır

Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Maros Şefçoviç Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsində Aİ və ABŞ arasında ticarət məsələləri ilə bağlı çıxış edib.

İki sahil” xəbər verir ki, o, Aİ-nin ABŞ-ın polad və alüminium tariflərinə qarşı hazırladığı iki dəst tədbirin vaxtını uyğunlaşdıracaqlarını, bu prosesdə üzv ölkələrlə görüşəcəklərini və ABŞ tərəfi ilə danışıqlar üçün vaxt qazanacaqlarını qeyd edib.

Tərəflərin razılığa gələ bilməməsi halında Aİ-nin ABŞ rəhbərliyinin 2 apreldə tətbiq edəcəyi yeni ikitərəfli tarifləri nəzərə alaraq cavabını tənzimləyəcəyini söyləyən Şefçoviç, bu yanaşma ilə sərt, mütənasib, möhkəm və yaxşı uyğunlaşdırılmış cavab verilə biləcəyini qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”