Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Novruz bayramına həsr olunmuş konserti baş tutub.
“İki sahil” xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Nigar Cəfərova dinləyicilər qarşısında çıxış edib. Proqramda Ü.Hacıbəyli “Koroğlu” operasından rəqs, Q.Qarayev “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, F.Əmirov “Kürdi-Ovşarı” simfonik muğamı, “Azərbaycan elləri”, Niyazi “Arzu”, “Konsert valsı” və M.Maqomayev “Marş” səslənib.
İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb
MEMİM-in təşkilatçılığı ilə II Uşaq Teatrı Festivalı çərçivəsində ustad dərsləri keçirilib