Xalq artisti Tünzalə Ağayeva Xankəndi şəhərindən sonra musiqi diyarımız olan Şuşaya yollanıb.
“İki sahil” xəbər verir ki, pop ulduz “Şuşa baharı” adlı festivalda çıxış edib. Qala-konsertdə iştirak edən müğənni repertuarındaki ən unudulmayan və sevilən nəğmələrini səsləndirib.
Hər zaman bütün səhnələrinə xüsusi hazırlaşan Xalq artisti yenə də obrazı ilə gözoxşayıb. Onun geyimi üzərində yerli dizaynerlər çalışıb. Ağayevanın kardiqanın müəllifi dizayner Sevda Xəlilova, tulumu isə Lali Rüstəmova hazırlayıb. Styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.
Səhnə üçün nəzərdə tutulan obrazın makiyajını və saçını stilist Sabir Bağırov edib.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib