Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində “Qoğal”ın nağılı təqdim edilib.
“İki sahil” xəbər verir ki, layihənin məqsədi uşaq və yeniyetmələrin təfəkkür dairəsini genişləndirməklə onların dünya görüşünü, düşüncə tərzini, təxəyyülünü zənginləşdirmək, ədəbiyyata, teatra qarşı maraq yaratmaqdır. Layihə nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunmasına xidmət edir.
İdeya, mövzu cəhətdən sadə sujet xətti üzərində qurulan nağılda müxtəlif xarakterlər obrazlı şəkildə çatdırılıb. Təqdimat Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşa əsasında hazırlanıb.
“Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində bir çox qədim və müasir nağılların təqdimatı nəzərdə tutulub. Xatırladaq ki, layihənin ilk nümunəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması, ikincisi isə Azərbaycan xalq nağılı “Məlikməmməd” olub.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq
İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimatı olub
Moldovada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dərs keçirilib