Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
“İki sahil” xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova qonağa muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları, qədim xalçaçılıq ənənələrimiz barədə ətraflı məlumat verib.
Valentina Matviyenko muzeyə Azərbaycanın nadir mədəni-tarixi irsinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətində uğurlar və tərəqqi, əməkdaşlara isə nəcib işlərində nailiyyət və ilham arzulayıb. Sonra qonaq xatirə kitabına öz xoş təəssüratlarını yazıb.
Valentina Matviyenkoya muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür