Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdir.
“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında Amerikanın Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Syuzan Eliot Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanın əldə olunmasına münasibət bildirərkən deyib.
O, bu istiqamətdə fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib:
"İki ölkə arasında sazişin imzalanmasına aparan istənilən proses doğru istiqamətdə atılmış bir addımdır. Regionda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdir. İlham Əliyevə Ermənistanla uzunmüddətli münaqişənin həllinə çalışdığına görə həqiqətən təşəkkür edirəm. Düşünürəm ki, bu forum Azərbaycan Prezidentinin dünyada sülh və sabitlik üçün həll yolları axtarmağa sadiq olduğunu göstə rən yaxşı nümunədir”.
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir